Şəkidə avtomobil yolun kənarındakı xəndəyə aşdı - XƏSARƏT ALAN VAR

Şəkidə avtomobil yolun kənarındakı xəndəyə aşdı - XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Şəkidə avtomobil yolun kənarındakı xəndəyə aşdı - XƏSARƏT ALAN VAR

161037

Şəkidə “Mercedes” aşıb. Yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Qudula kəndi ərazisindən keçən hissəsində baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 43 yaşlı Çələbixan qəsəbə sakini Zaur Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobildə idaəetməni itirməsi qəza ilə nəticələnib.  Avtomobil yolun kənarındakı xəndəyə aşıb. 

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Sürücüyə ilkin tibbi yarıdım göstəriləndən sonra onu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Burada o, müayinə və müalicələrə cəlb edilib. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən faktla bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO