Bakıda tanınmış şair küçədə özündən getdi - FOTO

Bakıda tanınmış şair küçədə özündən getdi - FOTO

Hazırda oxunan: Bakıda tanınmış şair küçədə özündən getdi - FOTO

161023

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiqin səhhəti pisləşib.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a açıqlamasında onun həmkarı Qəşəm Nəcəfzadə məlumat verib.

O bildirib ki, bu gün 28 May metrosunun yaxınlığında onunla təsadüfən rastlaşıb və hal-əhval tutublar.

B.Sadiq Q.Nəcəfzadə ilə sağollaşıb bir neçə metr irəlilədikdən sonra huşunu itirərək yerə yıxılıb. Ətrafdakı insanlar onun köməyinə gəlsələr də, şairin huşunun özünə gəlmədiyi məlum olub.
Nitqini itirdiyi bildirilən şair hadisə yerinə çağırılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO