Zaqatalada müharibə iştirakçısı olan iki qardaş qəzada xəsarət alıb

Zaqatalada müharibə iştirakçısı olan iki qardaş qəzada xəsarət alıb

Hazırda oxunan: Zaqatalada müharibə iştirakçısı olan iki qardaş qəzada xəsarət alıb

16084

Zaqatalada Vətən müharibəsi iştirakçısı olan iki qardaş yol qəzasına düşüb.

Bizim.Media APA-nın şimal-qərb bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda toqquşan iki avtomobildən biri yandı - FOTOLAR

​​​​​​​
Nail İsmayılovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan Zaqatalanın Çobankol kənd sakinləri – 1994-cü il təvəllüdlü Abdulsəməd Elxan oğlu Mahmudov və 1999-cu il təvəllüdlü Abdulhəmid Elxan oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qardaşlardan Abdulsəmədə qapalı kəllə-beyin travması, Abdulhəmidə isə sağ ayağının travması diaqnozu qoyulub.

Qeyd edək ki, Abdulsəməd və Abdulhəmid Mahmudov qardaşları Vətən müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO