Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycandakı nümayəndələri QHGT-nin mənzil qərargahını ziyarət edib – FOTO  

Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycandakı nümayəndələri QHGT-nin mənzil qərargahını ziyarət edib – FOTO  

Hazırda oxunan: Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycandakı nümayəndələri QHGT-nin mənzil qərargahını ziyarət edib – FOTO  

160781

Oktyabrın 20-də Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahını ziyarət edib.  

Bizim.Media xəbər verir ki, ziyarətdə Əlcəzair Xalq Demokratik Respublikası, Liviya Dövləti, Sudan Respublikası, İndoneziya Respublikası, İran İslam Respublikası, İraq Respublikası, İordaniya Haşimilər Krallığı, Pakistan İslam Respublikası, Qətər Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan Respublikası, Çili Respublikası, Kolumbiya Respublikası, Kuba Respublikası, Venesuela Bolivar Respublikası, Belarus Respublikası daxil olmaqla, 17 ölkənin diplomatik nümayəndəsi iştirak edib.  

Tədbir QHGT-nin Baş katibi Leyla Həsənovanın açılış nitqi ilə başlayıb. Qonaqları salamlayan L. Həsənova Təşkilatın 2021-2023-cü il ərzində həyata keçirdiyi fəaliyyətlərin xülasəsini təqdim edib.
Daha sonra, qonaqlar Təşkilatın layihələri ilə bağlı videoçarx və fototəqdimatla tanış olublar. Ardınca, QHGT-nin katiblik nümayəndələri çıxış edərək nümayəndələrə QHGT-nin yaranma tarixçəsi, missiyası və dəyərləri ilə bağlı ətraflı məlumat veriblər.

Təşkilatın fəaliyyəti ilə təqdimatların ardınca, qonaqlar QHGT-nin mənzil qərargahı və onun daxilində təsis olunmuş tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar.  

Qonaqlar çay fasiləsi zamanı müxtəlif mövzular ətrafında fikir mübadiləsinə davam edərək işgüzar şəbəkələşmə aparıblar. Sonda xatirə fotosu çəkilib. 

Qeyd edək ki, Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb.

2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib.
Hazırda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 50 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO