Qobustan rayonunda dəhşətli qətil hadisəsi baş verib.
Bizim.Media-nın xəbərinə görə bu gün saat 18:00 radələrində Qobustan şəhər sakini Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zamanı bıçaqla həyat yoldaşının başını kəsib.
MÖVZU İLƏ BAĞLI:
Oğul 73 yaşlı anasını bıçaqladı - Lənkəranda qan donduran hadisə
O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bizim.Media