Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verildi

Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verildi

Hazırda oxunan: Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verildi

160581

Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib.  Belə ki, respublikanın digər şəhər və rayonlarından artıq 026 22 kodunu yığmaqla Xankəndi ilə əlaqə saxlamaq mümkün olacaq. 

Bizim.Media “Aztelekom” MMC-ə istinadən xəbər verir ki, beynəlxalq danışıqlar zamanı isə “+994 26 22X XX XX” yığım formatı tətbiq olunacaq.

İlk olaraq Bakıdan Xankəndiyə “026 22X XX XX” yığım formatı ilə zəng təşkil edilib. Xocalı üçün “+994 26 205 XX XX”, Əsgəran üçün isə “+994 26 206 XX XX” nömrələri tanıdılıb və xidmət gələcəkdə Xankəndi ATS-dən göstəriləcək. Yəni, mərkəz olaraq Xankəndi seçilib. Bu iş qısa zamanda icra edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO