Sabahın hava PROQNOZU açıqlandı

Sabahın hava PROQNOZU açıqlandı

Hazırda oxunan: Sabahın hava PROQNOZU açıqlandı

16041

Martın 29-da  gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin Bizim.Media-ya verdiyi məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq. 

Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 5-8 dərəcə isti, gündüz 11-15 dərəcə isti olacaq.

Bakıda gecə 6-8 dərəcə  isti, gündüz 13-15 dərəcə  isti olacaq. 

Atmosfer təzyiqi normdan yüksək 772 mm civə sütunu təşkil edəcək, Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Martın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO