Meşəli sakinindən Xaçatryana: “Dəfələrlə atamın evində çörək yemisən” – VİDEO  

Meşəli sakinindən Xaçatryana: “Dəfələrlə atamın evində çörək yemisən” – VİDEO  

Hazırda oxunan: Meşəli sakinindən Xaçatryana: “Dəfələrlə atamın evində çörək yemisən” – VİDEO  

160237

“Vaqif Xaçatryanı şəxsən tanıyıram”. 

Bizim.Media xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə ifadəsində zərərçəkmiş Meşəli sakini Eldar Salmanov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçatryandan SENSASİON ETİRAF – “Bizə silahları hərbi komissarlıq verirdi”


O bildirib ki, Meşəliyə dekabrın 23-də 2 minlik qoşun hücum edib:  

“Onlar istəyirdi ki, kənddən qaçan adamları da əsir götürsünlər. Bunlar hamını öldürmək istəsəydi, öldürürərdilər. Amma bunlar bizi əsr götürmək istəyirdilər”.  

O, daha sonra üzünü Vaqif Xaçatryana tutaraq “Dəfələrlə atam Rəfinin evində çörək yemisən, amma xəstə kimi gedən təcili yardım maşını vurdun. Sən də, qardaşın da cinayətkarlara rəhbərlik etmisiz. Ermənilər qulaq kəsənlərə, göz çıxaranlara pul verirdilər. Ona görə bunlar ölənlərin meyitlərinə işgəncə verirdilər. Vaqif ən qatı türk düşmənidir. Ömürlük azdır, bunu güllələmək lazımdır". 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO