Elxan Nəcəfov Naxçıvanda təhsil nazirini əvəz EDƏCƏK 

Elxan Nəcəfov Naxçıvanda təhsil nazirini əvəz EDƏCƏK 

Hazırda oxunan: Elxan Nəcəfov Naxçıvanda təhsil nazirini əvəz EDƏCƏK 

160033

Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib. 

Bizim.Media “nuhcixan.az”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb. 

Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək. 

Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO