Sabirabadda qəzada 4 nəfər xəsarət alıb - FOTO 

Sabirabadda qəzada 4 nəfər xəsarət alıb - FOTO 

Hazırda oxunan: Sabirabadda qəzada 4 nəfər xəsarət alıb - FOTO 

159856

Sabirabadda yol qəzasında 4 nəfər xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndindən keçən hissəsində qeydə alınıb.  

Yüksək sürətlə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil “Opel” markalı avtomobilə dəyərək yolun kənarındakı kanala aşıb, oradan da kanalın digər sahilinə yuvarlanıb.

Nəticədə avtomobildə olan İmişli rayonunun Boşçalılar kənd sakinləri, 1963-cü il təvəllüdlü Cəfərov Bayram Saday oğlu, 1968-ci il təvəllüdlü Nuriyeva Sevil Usub qızı, 1996-cı il Cəfərov Seymur Bayram oğlu (sürücü), 1995-ci il təvəllüdlü Əliyev İlkin İlqar oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirliblər.  

Bayram Cəfərovun vəziyyətinin ağır olduğu qeyd edilir. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO