Deputat Operativ Qərargaha MÜRACİƏT etdi - “Toylara icazə verin”

Deputat Operativ Qərargaha MÜRACİƏT etdi - “Toylara icazə verin”

Hazırda oxunan: Deputat Operativ Qərargaha MÜRACİƏT etdi - “Toylara icazə verin”

15975

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev toylara icazə verilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

Bizim.Media xəbər verir ki, deputat “Talk TV” vasitəsilə etdiyi müraciətdə toyların keçirilməsi üçün hava şəraitinin uyğun və münbit qaydaların olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

“Toylara icazə verilməsə, demoqrafik təhlükə yaranacaq” – Fazil Mustafa - VİDEO


“Bu gün toylara icazə verilməsi məsələsini parlamentdə qaldırmağımız üçün vətəndaşlardan yüzlərlə məktub alırıq.

Operativ Qərargahla diskussiyalar aparıb toylara nail olmağımızı istəyirlər. Əslində biz də bunu istəyrik. Pandemiya aylar, illər boyu çəkəcəksə, toylara icazə verilməyəcəksə, sonradan bunun çox böyük mənfi təzahürlərinin şahidi olacağıq. Artıq havalar qızıb və restoranlarda 50-100 nəfərlik yerlər var. Mən deməzdim ki, bu tutumlu zalların dolu olması virusun yayılmasına şərait yaradar”. 

Deputat hesab edir ki, 50-100 nəfərlik kafe və restoranlarda toyların keçirilməsinə icazə verilə bilər:

“Zatən hər gün ora insanlar ad günü və ya istirahət üçün toplaşır. Bundan əlavə bir sıra rayonlarda günorta 12:00-dan 17:00-a qədər çöl şəraitində  toyların təşkil edilməsi mümkündür. Hətta bunu Bakı şəraitində də keçirmək  olar. Açıq havada virusun yayılması təhlükəsinin olduğunu düşünmürəm.

Bu baxımdan Operativ Qərargaha insanların bu tələbini və istəyini çatdırmaq istəyirəm. 1 ildən çoxdur ki, insanlar toy edə bilmir.

Toyların olmaması həm də Azərbaycanda demokrafik vəziyyətin pisləşməsi gücündədir. Artıq Bakı və rayonlarda açıq havada, 50-100 nəfərlik isə qapalı məkanlarda toyların keçirilməsinə icazə verilsin. Biz bu tələbi yerinə yetirməsək, getdikcə o insanların sosial-psixoloji vəziyyəti də gərginləşəcək. Bu isə cəmiyyətimizdə və sosial-siyasi həyatımızda özünü göstərəcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO