Bazar gününün hava PROQNOZU

Bazar gününün hava PROQNOZU

Hazırda oxunan: Bazar gününün hava PROQNOZU

15965

Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə isti, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normdan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO