Keçmiş dövlət məmuru Çingiz Nərimanoviç Baxşiyev vaxtında dahi şair Nizami Gəncəvinin “Sirlər xəzinəsi”x9d poemasını oxusaydı, bu günkü kimi peşman olub, xa0üzüntü çəkməzdi... Poemanın 13-cü söhbəti ”“ “Dünyanın məşəqqəti”x9d ilə “Hacı və sufi hekayəti”x9d sanki bu qızıl həvəskarı olan və illər boyu yığdığı sərvəti öz əli ilə güdaza verən dünyagörmüş insanın, türkün sözü, ta kəndisinə həsr olunub. Əslində, nəinki indi Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas salonlarının birində “bəlkə də qaytardılar”x9d xülyası ilə boynunu büküb Rasim Sadıqovun başçılıq elədiyi hakimlər heyətinin simasında ədalət divanından kömək gözləyən “zərərçəkmiş”x9din, həm də onun kimi qızıllarını qatıq və çay bankalarına yığıb saxlayan digər irili-xırdalı məmurların və qeyri-məmurların böyük şair-filosofun dərin mənalı poetik misralarını dönə-dönə oxuyub anlamalarının, həqiqtən, yeri var...
...İlk dəfə bu ilin ilıq yaz aylarında ölkə ictmaiyyətinin diqqətinə təqdim olunan məlum hadisə payızın soyuq günlərində yenidən mətbuatın maraq dairəsindədi. Amma yenə jurnalistləri “zərərçəkən”x9dnin iztirabları, “zərərvuran”x9dın taleyi deyil, “nəqliyyat nazirinin keçmiş müşaviri”x9dnin, yəni dövlətdən rəsmən beş-altı yüz manat məbləğində aylıq məvacib alan məmurun ailə saxlancında bu qədər qızılın haradan və necə peyda olması düşündürür? Bu qədər deyən də ki, indiyədək söhbət “50 kq qızıl”x9ddan gedirdi...xa0
Nəhayət, xa0dünən zərərçəkən xa0Çingiz Baxşiyev özü açıq məhkəmə iclasında verdiyi sərbəst ifadəsində bu rəqəmi, az qala, 10 dəfəyədək azaltmaqla yanaşı, həm də əlindən gedən “qızıl ehtiyatı”x9dnın dəyərinin 695 min manat olduğu barədə istintaqın irəli sürdüyü versiyanı qəbul edib. Üstəlik, həmin varidatın, əsasən, el arasında “beşlik”x9d, “onluq”x9d, “iyirmibeşlik”x9d adlandırılan qızıl sikkələrdən ibarət olduğunu bildirib. Son vaxtlar bir sıra KİV-lərdə bu kişinin əmlak və torpaq varlığı haqqında açıqlanan və hələ ki, onun özü tərəfindən təkzib edilməyən çoxbəndli siyahıları bir kənara qoyub, boynuna “cəmi 6-7 kq qızıl”x9d götürdüyünü nəzərə alanda belə, nəqliyyat sektorunda çalışan bir məmurun bu qədər “qiymətli yük”x9dü necə əldə etməsi, həqiqətən, düşündürücüdür...
Yeri gəlmişkən, dünənki məhkəmə çıxışında Çingiz müəllim başına gələn hadisə ilə əlaqədar “mətbuatın təzyiqi”x9dnə məruz qalmasından da narazalıqla danışıb, “şişirdilmiş faktlarla şantaj edildiyini”x9d söyləyib, hətta bu məsələni xa0müttəhim Rövşən Əhmədovun vəkili Adəm Məmmədovla əlaqələndirib. Lakin elə həmin çıxışdaca özü elə ziddiyyətli fikirlər səsləndirib, dolaşıq təfərrüatlar açıqlayıb ki, KİV-in “şişirdilmiş faktları”x9d belə bunların yanında toyagetməli sayıla bilər.
Məsələn, Çingiz müəllim maddi cəhətdən imkansız adam kimi səciyyələndirdiyi, öz yanında işlətdiyi 12 il müddətində ona “quzu kimi”x9d xidmət göstərmiş Rövşən Əhmədovun iki özəl müəssisədə payının, Qobustanda yüz hektarlarla (!) torpaq sahəsinin olduğunu, hətta özünün və oğlunun avtomaşınlarının bu “imkansız”x9d şəxsə məxsus müəssisələrin əmlakı kimi rəsmiləşdirildiyini deyib. Qobustandakı torpaq məsələsini daha maraqlı tərzdə məhkəmə heyətinə açıqlayıb: “Rövşənlə rayonun icra başçısı arasında nəsə bir sövdələşmə olmuşdu, bunun əvəzinə ona Qobustanda dərənin dibində 950 hektar yaylaq sahəsi vermişdilər...”x9d Yalnız “bu məsələnin indiki araşdırmaya dəxli yoxdur”x9d deyən hakimin müdaxiləsindən sonra zərərçəkən söhbətə nöqtə qoyub. Amma onun başqa hansı əmlakının R.Əhmədovun adına olduğu barədə prokurorun sualına cavabında Ç.Baxşiyevin daha bir etirafı eşidilib: “Mərdəkanda oğluma cəmi 4 sot torpaq sahəsi verirdilər, onu Rövşənin adına rəsmiləşdirdik”x9d.
Dünənki məhkəmə iclasında zərərçəkənin ziddiyyətli açıqlamalarından biri də müttəhimin onu zəhərləməyə cəhd göstəməsi barədə xa0olub. Hətta bu əhvalatı danışmağa “müstəntiqlərə deməmişdim, indi sizə deyirəm”x9d sözləri ilə başlayıb. Məlum olub ki, bu ilin fevral ayının əvvəllərində o, adəti üzrə, Bayraq Meydanında gəizişirmiş və bu zaman Rövşən də həmin yerə gəlib çıxıb. Əlində su şüşəsi varmış və Çingiz müəllimə su içməyi təklif edib. Zərərçəkən sudan bir qurtum aldığını və sonrakı günlərdə başının gicəllənməsi ilə əlaqədar həkimə müraciət etdiyini, tibbi müayinə nəticəsində mədəsinə “qan yığıldığının”x9d aşkara çıxdığını, hətta buna görə Avstriyaya müalicəyə yollandığını, orada da həmin “diaqnoz”x9dun təsdiqləndiyini və ailə üzvlərində, xüsusən, qızı Fatmada onu Rövşənin zəhərləmək istəməsi barədə şübhələr yarandığını bildirib... Çingiz müəllimin bu ifadəsi məhkəmədə geniş müzakirəyə səbəb olmayıb, yalnız prokuror ondan içdiyi suyun tamında nəsə hiss edib-etmədiyini soruşub və o, heç nə hiss etmədiyini deyib. Yaşlı bir adam qışın soyuğunda dəniz sahilində gəzişir və üstündən də su içir... Hələ yaxşı qurtarıb.xa0
Bu işdə ziddiyyətli məqamlar çoxdur. Çingiz müəllim 12 il yanında işləmiş yaxın qohumu Rövşən Əhmədovun nə evini tanıyıb, nə də hansı şəraitdə yaşadığından xəbərdar olub. Amma malını-mülkünü onun adına rəsmiləşdirib, üç banka qızılı ona etibar edib... Sallofana büküb yaxşıca “skoçladığı”x9d o qızıl bankalarının beş-altı ay harada, hansı vəziyyətə saxlanması ilə maraqlanmayıb. Yalnız həmin qızıl bağlaması Ayaz adlı kürəkəninə təhvil veriləndən iki ay sonra “xəzinənin yağmalandığını”x9d görüb.xa0
Çingiz müəllimin əmanətinə qohumu Rövşənin xəyanət edib-etmədiyinə son nəticədə ədalət mühakiməsi tam aydınlıq gətirməlidir və dəmir barmaqlılq arasında olmasına rəqğmən özünü təqsirli hesab eləməyən müttəhimin günahsız olduğunu söyləmək bizlik deyil... Amma 6-7 kq qızılın “taleyi”x9dnə bu qədər biganə olan keçmiş məmurun bəlkə başqa “saxlanclar”x9dda da bir o qədər varidatı ola biləcəyi ehtimalı ağla gəlməyə bilməz.
Dünənki məhkəmə iclasında Çingiz müəllimdən yenə soruşan olmayıb ki, bu var-dövlət səndə haradandır?..
Amma vəkil Adəm Məmmədovun ona xeyli sualları olub...xa0
Sadəcə, hakim prosesi təxirə salıb, dekabrın 1-nə kimi...xa0
Bu iş, həqiqətən də, əməlli-başlı “sirlər xəzinəsi”x9ddir...xa0
Hələ qarşıda müttəhimin sərbəst ifadəsi, onun vəkilinin açıqlamaları var... Hələ nə qədər xa0gizlinlər aşkara çıxacaq. Dekabrın 1-ni gözləyək.






























































































