Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Təklə kənd sakini Laçın Əmralıyevdən müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media