Baş prokuror Gəncədə vətəndaşları qəbul edib - FOTO

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib - FOTO

Hazırda oxunan: Baş prokuror Gəncədə vətəndaşları qəbul edib - FOTO

159297

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror Kamran Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə ehtiramını bildirib.

Daha sonra Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində dağılan əraziyə gəlib, şəhid olan mülki şəxslərin xatirəsini yad edib.
74 nəfərin iştirak etdiyi qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib.








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO