Füzuliyə qayıdan 21 ailə mənzillərinin açarlarını təhvil alıb - FOTO

Füzuliyə qayıdan 21 ailə mənzillərinin açarlarını təhvil alıb - FOTO

Hazırda oxunan: Füzuliyə qayıdan 21 ailə mənzillərinin açarlarını təhvil alıb - FOTO

159217

Xəbər verdiyimiz kimi, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb.  88 nəfər artıq doğma yurduna qovuşub.

Bizim.Media xəbər verir ki, Füzuliyə qayıdan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 165 ailə olmaqla, 602 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO