Daha 21 ailə Füzuli şəhərinə KÖÇÜRÜLDÜ – FOTO  

Daha 21 ailə Füzuli şəhərinə KÖÇÜRÜLDÜ – FOTO  

Hazırda oxunan: Daha 21 ailə Füzuli şəhərinə KÖÇÜRÜLDÜ – FOTO  

159181

Yenidən çiçəklənən Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb. 

Bizim.Media xəbər verir ki, 21 ailə olmaqla 88 nəfər Füzuli sakini doğma yurduna qovuşub. 

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb. 
Onlar doğma yurda qovuşmağın sevincini yaşayıb, daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək Vətənə qovuşmağın sevincini paylaşıblar. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO