Polis Sabirabadda əməliyyat keçirdi - 30 nəfər saxlanıldı - FOTO

Polis Sabirabadda əməliyyat keçirdi - 30 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Polis Sabirabadda əməliyyat keçirdi - 30 nəfər saxlanıldı - FOTO

159135

Sabirabadda son günlərdə narkotiklərlə bağlı 30 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 30 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 18 kiloqramdan artıq olan çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Həmçinin, qeyd edilən dövr ərzində rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5, adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də müəyyən edilərək istintaqa təqdim olunub.
Aşkarlanan bütün faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO