Ukraynalı uşaqlar Qəbələ Dövlət Qoruğunda oldular - FOTO

Ukraynalı uşaqlar Qəbələ Dövlət Qoruğunda oldular - FOTO

Hazırda oxunan: Ukraynalı uşaqlar Qəbələ Dövlət Qoruğunda oldular - FOTO

159134

Ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna baş çəkiblər, bu tarixi məkanla yaxından tanış olublar. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onlara Qəbələ Arxeoloji Ekspedisiyasının iştirakı ilə burada aparılan arxeoloji qazıntılar, arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib.

Daha sonra uşaqlar Arxeoloji Mərkəzdə sərgilənən arxeoloji materiallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə tanış olub, bu barədə onlara əməkdaşlar tərəfindən izzahlar verilib. 
Səfər proqramı çay süfrəsi arxasında maraqlı söhbət və diskussiya ilə davam edib. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO