Polşanın Qdansk şəhərində Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) konqresi və iclasları keçirilib. Azərbaycanı tədbirdə Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvü Elçin Usub təmsil edib.
Bu barədə Bizim.Media-ya Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, tədbirin gündəliyinə uyğun olaraq, oktyabrın 5-də FBE-nin prezident heyəti və komissiyalarının sədrləri ilə müvafiq iclaslar təşkil edilib. Oktyabrın 6-da FBE-nin prezidenti Izabela Konopacka, Qdansk şəhərinin meri Aleksandra Dulkiewicz, Qdansk Vəkillər Kollegiyası Şurasının sədri Magdalena Witkowska, Qdansk Universitetinin Hüquq və İdarəetmə fakültəsinin dekanı, professor Wojciech Zalewski, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Raffaelle Sabato, Amsterdam Apellyasiya Məhkəməsinin baş hakimi Mark de Werd, o cümlədən, müxtəlif ölkələrdən hüquq ekspertləri və vəkillərin qatıldığı konfransda 3 əsas mövzu - Avropada qanunun aliliyinin trayektoriyası və cari vəziyyəti, Ukraynanın bərpasında vəkillərin rolu və süni intellekt (AI) və “ChatGPT”nin vəkillərə və vəkil xidmətlərinə təsiri barədə ətraflı və maraqlı müzakirələr keçirilib.
Tədbirin sonunda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.
Növbəti gün FBE-nin konqresi keçirilib və gündəliyə uyğun olaraq, cari məsələlər müzakirə edilib. Tədbir çərçivəsində gələcək əməkdaşlığının gücləndirilməsi məqsədilə E.Usub ilə beynəlxalq təşkilatların və Avropanın bir sıra ölkələrinin vəkillər kollegiyalarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların perspektivləri barədə müzakirələr aparılıb.
İclaslarda Qarabağdakı son hadisələrlə bağlı ARVK-nin mövqeyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, ARVK-nin əsas vəzifəsi milliyyətindən asılı olmayaraq, hər bir şəxsə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir və bunun təşkili üçün bütün tədbirləri icra edir.
Sonda tədbir iştirakçıları üçün Qdansk şəhərinin görməli yerləri üçün şəhər turu təşkil olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:52 / 10.10.2023
Ölkəmiz Avropa Vəkillər Kollegiyaları Federasiyasının konqresində təmsil olunub - FOTO
Hazırda oxunan: Ölkəmiz Avropa Vəkillər Kollegiyaları Federasiyasının konqresində təmsil olunub - FOTO
Hazırda oxunan: Ölkəmiz Avropa Vəkillər Kollegiyaları Federasiyasının konqresində təmsil olunub - FOTO
159122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.