Kürdəmirdə şəhid anası tələbə adını QAZANDI - FOTO 

Kürdəmirdə şəhid anası tələbə adını QAZANDI - FOTO 

Hazırda oxunan: Kürdəmirdə şəhid anası tələbə adını QAZANDI - FOTO 

159061

Kürdəmirdə şəhid anası tələbə adını qazanıb. 

Bu barədə Bizim.Media-nın Aran bürosuna şəhidin anası Simuzər Bağıyeva özü məlumat verib. 

O bildirib ki, bir müddət hazırlıqdan sonra Dövlət İmtahan Mərkəzində (DİM) imtahandan keçərək Lənkəran Dövlət Universitetinin "Sosial İş" fakültəsinin qiyabi şöbəsinə daxil olub. 

Qeyd edək ki, Simuzər Bağıyeva 44 günlük Vətən müharibəsində şəhid olmuş Cəmil Həşimlinin anasıdır. Şəhid gizir Cəmil Əflatun oğlu Həşimli İkinci Qarabağ müharibəsi zamanı oktyabr ayının 5-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra ona dövlət başçısının sərəncamları ilə "Vətən uğrunda", Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına görə, eləcə də "Cəsur döyüşçü” medalları ilə təltif olunub. 






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO