Dayanıqlı şəhər mobilliyinin təşviqi mövzusunda tədbir keçirilib – FOTO

Dayanıqlı şəhər mobilliyinin təşviqi mövzusunda tədbir keçirilib – FOTO

Hazırda oxunan: Dayanıqlı şəhər mobilliyinin təşviqi mövzusunda tədbir keçirilib – FOTO

159016

Oktyabrın 7-də Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” mövzusunda tədbir keçirib. 

Bizim.Media xəbər verir ki, layihənin təşkilinin başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılmasının, hərkəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir.  

Əvvəlcə dayanıqlı şəhər mobilliyinin prinsiplərindən, təhlükəsiz yol hərəkətinin davamlı təşkilindən, “ağıllı şəhər” konsepsiyalarının əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.  
Tədbirdə Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşıma departamentinin istismar xidmətinin rəisi İlham Hüseynov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mikromobillik şöbəsinin baş mütəxəssisi Çoşqun Məmmədov və digər qonaqlar iştirak ediblər.  

Tədbirdə çıxış edənlər layihə ilə bağlı fikirlərini və təcrübələrini bölüşüblər.  

Layihə rəhbəri İmaməddin Quliyev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində 50 nəfərə yaxın gənc iştirakçının yol hərəkəti qaydalarına və müasir şəhər mobilliyinin prinsiplərinə dair bilik və bacarıqlarının artırılması, həmçinin yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində qeyri-formal təhsil metodundan istifadə olunaraq görüşlər təşkil olunacaqdır.  

Çıxışlardan sonra tədbir “Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı” mövzusunda müzakirələrlə davam etdirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO