Dərslərin başlanmasında anlaşılmazlıq – “Bu, fors-major haldır”

Dərslərin başlanmasında anlaşılmazlıq – “Bu, fors-major haldır”

Hazırda oxunan: Dərslərin başlanmasında anlaşılmazlıq – “Bu, fors-major haldır”

15875

“Hazırda ən ciddi anlaşılmazlıq 6 günlük iş günü olan məktəblərin dərslərə nə vaxt başlamasıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov “Facebook” hesabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Pfizer" uşaqlar üçün koronavirusa qarşı vaksin hazırladı - Gələn tədris ilindən... 


Onun sözlərinə görə Nazirlər Kabinetinin qərarına əsasən, altıgünlük iş həftəsində son istirahət günü 25 martdır və onlar 26 martda işdə olmalıdırlar:

“Amma burada orta məktəblərlə bağlı bir məqam var. Əgər məktəbin rəsmi iş günü 5 günlükdürsə, onlar üçün ilk iş günü 29 martdır. Əgər məktəbin iş günü 6 günlükdürsə, onlar 26 martda işdə olmalıdır.

Lakin yenə də 5 və 6 günlük ilə bağlı məsələdə diqqəti çəkəcəyim başqa məsələ var.

Pandemiya səbəbindən məktəbdə dərslərin 1-3-5 və 2-4-6-cı günlər rejimində təşkil edilməsi 6 günlük iş rejimi deyil. Bu fors-major haldır”.

Ekspert tədrisin təşkili üçün ictimai nəqliyyatın hərəkətinin bərpa edilməsini vacib sayıb

“Tədrisin təşkili üçün ictimai nəqliyyatın hərəkəti təşkil edilməlidir. Ona görə də müəssisə rəhbərliyi iş gününü müəyyən edəndə bu amili nəzərə almalıdır. Çünki normal nəqliyyat vasitələrinin olmaması həm təhsil alanların, həm də təhsil verənlərin tədris prosesində iştirakını məhdudlaşdırır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO