Hələ sovet dövründən alması ilə məşhur olan Quba rayonunda məhsul yığımı davam edir. Rayonun bu məşhur meyvəsini yetişdirən sakinlər hava şəraitindən istifadə edərək yığımı davam etdirirlər. Yığılan məhsulun yüksək keyfiyyətli və bioloji cəhətdən saf olan növləri qonşu Rusiya bazarlarına yola salınır.
Aşağı növ məhsulun satışı isə bağbanlara problem yaşadır.
Onlar texniki növ meyvələri konserv zavoduna verdiklərini deyirlər. Fermerlər bildirirlər ki, rayondakı konserv zavodu aşağı keyfiyyətli meyvənin tonunu 40-50 manata alırlar. Bu qiymət isə kəndlilərə sərf etmir. İlboyu çəkilən xərc məhsulun satışında özünü doğrultmur və məhsul maya dəyərindən ucuz satılır.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik şöbəsinin müdiri Tanrıverdi İsmayılov fermerlərin sözlərini təsdiqləyib.
O,Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib ki, Qubada 1 konserv zavodu fəaliyyət göstərir və bağbanlar keyfiyyəti aşağı olan sortları bu zavoda satırlar:
“Rayonda 2-ci emal müəssisəsi olmadığından satışda rəqabət yoxdur və qiymətlər kəndlilər üçün sərfəli deyil. Konsev zavodunda meyvənin kiloqramının 4-5 qəpik qiymətinə alınması bağbanları həqiqətən qane etmir”.
Tarverdi İsmayılov qeyd edib ki Qubada hazırda 12472 hektar məhsuldar alma bağı var:
“İndiyədək həmin bağlardan 53645 ton məhsul yığılıb. Alma yığımı hazırda davam edir. Yetişən məhsulun 25-30 faizi adətən emallıq olur və qeyd etdiyimiz kimi, bu məhsullar emal müəssisəsində ucuz qiymətlə qəbul edilir. Məhsulunu qışa saxlayıb, həmin vaxt satmaq istəyən fermerlər rayondakı 21 soyuducu anbardan istifadə edirlər. Bu soyuducuların ümumi tutumu 43000 tondur”.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin şöbə müdiri rayon meyvəçilərinin üzləşdiyi problemlər barədə müntəzəm olaraq Kənd Təsərrüfatı Nazirliyinə məlumat verildiyini də açıqlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 07.10.2023
Qubalı fermerlərdən ŞİKAYƏT – “Almanı 4-5 qəpiyə satmağa MƏCBURUQ” – FOTO
Hazırda oxunan: Qubalı fermerlərdən ŞİKAYƏT – “Almanı 4-5 qəpiyə satmağa MƏCBURUQ” – FOTO
Hazırda oxunan: Qubalı fermerlərdən ŞİKAYƏT – “Almanı 4-5 qəpiyə satmağa MƏCBURUQ” – FOTO
158747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.