Masallı bazarındakı yağında xəsarət alanların kimliyi AÇIQLANIB 

Masallı bazarındakı yağında xəsarət alanların kimliyi AÇIQLANIB 

Hazırda oxunan: Masallı bazarındakı yağında xəsarət alanların kimliyi AÇIQLANIB 

158668

Xəbər verdiyimiz kimi bu gün günorta saatlarında Masallı bazarında baş verən yanğın artıq söndürülüb.  

FHN-nin Masallı şöbəsindən Bizim.Media-nın cənub bürosuna verilən məlumata görə hadisə yerinə Masalı Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğın söndürən maşını cəlb olunub.

Yanğın zamanı 7nəfər tüstüdən zəhərlənib, bir nəfər biləyindən kəsik yarası alıb. Xəsarətlə bağlı MRMX-na müraciət edənlər Masalı rayon sakinləri Mirzəyev Amid Mail oğlu (1994-cü il), Xankişiyev İsmət Sənan oğlu (1998), Cahangirov Rəvan Səyyad oğlu (2004), İskəndərov Kamil Sərhəd oğlu (2002) və Şükürov Rakif Namizəd oğludur (1990).  

Amid Mirzəyevin qolundan yanıq xəsarəti aldığı, digər şəxslərin isə tüstüdən zəhərləndikləri bildirilir.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO