Xankəndi Pedoqoji Universiteti doğma məkanına QAYIDIR? – RƏSMİ AÇIQLAMA 

Xankəndi Pedoqoji Universiteti doğma məkanına QAYIDIR? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Xankəndi Pedoqoji Universiteti doğma məkanına QAYIDIR? – RƏSMİ AÇIQLAMA 

158646

Qarabağ münaqişəsi başladıqdan sonra məcburi köçkün həyatını təkcə vətəndaşlarımız yox, təhsil ocaqlarımız da yaşadı. Xankəndi Pedoqoji İnstitutu da bəxtinə köçkünlük yazılan ali məktəblərimizdəndir.

Ali təhsil ocağının acı taleyi

Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə fəaliyyətə başlayıb. 1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etmək məcburiyyətində qalıblar. Bununla da Xankəndi Pedaqoji İnstitutunun taleyinə köçkünlük həyatı yazılıb. Beləliklə, 1988-ci ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndi və Xocavənddə 2 aqrometeoroloji stansiya QURAŞDIRILACAQ


Gəncədə bir illik fəaliyyətdən sonra institutun müəllim və tələbələri respublika rəhbərliyi və müvafiq qurumlar qarşısında Xankəndi Pedaqoji İnstitutunun Qarabağ ərazisində, Şuşada fəaliyyətini davam etdirməsi ilə bağlı təşəbbüs qaldırıblar. Təklif qəbul olunduqdan sonra, 1989-cu ildə Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsi əsasında ADPİ-nin Şuşa fakültəsi yaradılıb. Fakültə 1991-ci ildə filiala çevrilib. 2000-ci ildən  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı ləğv edildikdən sonra onun bazası əsasında Ağcabədi filialı yaradılıb.

Filial hazırda fəaliyyətini burda davam etdirir.

Azərbaycan öz ərazisində apardığı anti-terror tədbirlərindən sonra, nəhayət ki, Xənkəndi şəhəri separatçılardan təmizlənib.

Maraqlıdır, Pedaqoji Universitetin Xankəndi filialı yenidən doğma məkanda fəaliyyətə başlayacaqmı?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov Bizim.Media-ya bildirib ki, 1921-ci ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin ən qocaman elm və təhsil ocaqlarından biridir.

Onun sözlərinə görə, 2015-ci ildə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində, ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan əsas ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib: 

“O cümlədən, Ağcabədi filialı yenidən ADPU-ya verildi və hazırda da filial fəaliyyətini davam etdirir. 44 günlük şanlı Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və son antiterror əməliyyatları ilə suverenliyimiz tam bərqərar oldu. Artıq Xankəndi də daxil olmaqla bütün Qarabağ ərazisi separatçılardan təmizlənib və qondarma rejim özünü buraxıb. Qarabağ və Şərqi Zəngəzura həyat yenidən qayıdır. Bölgədə təhsil müəssisələri 30 ildən sonra yenidən fəaliyyətə başlayırlar”.

Cavid Hüseynovun sözlərinə görə, Pedaqoji Universitetin kollektivi Qarabağ və Şərqi Zəngəzur bölgəsində təhsil müəssisələrinin fəaliyyətlərini bərpa etmələrinə dəstək göstərməyə, bu ümummilli işdə ön sıralarda olmağa can atır: 

“Lakin nəzərə almaq lazımdır ki, regionda təhsil sisteminin yenidən qurulması və o cümlədən, burada ali təhsil ocaqlarının yaradılması işi Böyük Qayıdış Proqramı çərçivəsində müəyyən plan əsasında dövlət strukturları tərəfindən mərhələli şəkildə həyata keçirilir. Bu baxımdan qeyd olunan məsələ ümumi konsepsiyaya bağlıdır və belə bir iş olarsa, ADPU kollektivi istənilən formada regionda ümumtəhsil və ali təhsil ocaqlarının təşkili və inkişafına hərtərəfli dəstək verməyə hazırdır”.

Cahan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO