Payız mövsümü başlayandan bəzi ərzaq məhsullarında cüzi də olsa, bahalaşma müşahidə olunur. Ekspertlərin sözlərinə görə, ilin sonuna qaədər bahalaşmanın davam etməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək.
Bəs, bahalaşmanın əsas səbəbləri hansılardır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bahalaşmanın əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərdiyini bildirib:
“Gəlirlər və əmək haqları stabil olsa da, qiymətlər artır və əhalinin alıcılıq qabiliyyəti azalır. Yığımları aşağı düşür, əllərindəki vəsaitlərin böyük hissəsini istehlaka xərcləyirlər və istədikləri istehsal vasitəsini ala bilmirlər”.
Buna baxmayaraq, müsahibimiz inflyasiyanın zəifləməsi ehtimalının yüksək olduğunu diqqətə çatdırıb:
“Əgər cari ilin əvvəlinə qədər inflyasiya aşağı düşərsə, qiymət artımı daha az olacaq. Yəni, ciddi qiymət azalması baş verməyəcək. İnflyasiya olsa da, az olacaq. Amma bu o demək deyil ki, qiymətlər aşağı düşməyəcək.
Yəni, qiymət artımı tempi aşağı düşəcək. Belə ki, əvvəllər 90 manata olan hansısa məhsul hazırda 100 manat olub. Sabah isə 102 manat ola bilər”.
Xalid Kərimli inflyasiya və qiymət artımlarının manatın məzənnəsinə mümkün təsirlərini də şərh edib:
“Amma manatın dövriyyəsinə və dayanıqlılığına heç bir mənfi təsiri yoxdur. Əksinə, daha az vəsait xərclənir ki, bu da ölkədən çıxan valyutanın həcmini azaldır və milli valyutanın işini asanlaşdırır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 05.10.2023
Bahalaşma ilə bağlı MÜSBƏT PROQNOZ: “İlin sonuna qədər…”
Hazırda oxunan: Bahalaşma ilə bağlı MÜSBƏT PROQNOZ: “İlin sonuna qədər…”
Hazırda oxunan: Bahalaşma ilə bağlı MÜSBƏT PROQNOZ: “İlin sonuna qədər…”
158469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.