Goranboyda ağır QƏZA - 6 nəfər YARALANDI 

Goranboyda ağır QƏZA - 6 nəfər YARALANDI 

Hazırda oxunan: Goranboyda ağır QƏZA - 6 nəfər YARALANDI 

158405

Goranboyda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb. İlkin versiyaya görə, kənd ərazisində hərəkətdə olan minik avtomobili qarşısına çıxan iri buynuzlu heyvana çırpılıb.

Qəza nəticəsində 1974-cü il təvəllüdlü Nemət Şirinov, 1978-ci il təvəllüdlü Alisə Şirinova, 1954-cü il təvəllüdlü Mahirə Quliyeva, 1982-ci il təvəllüdlü Razim Quliyev, 2005-ci il təvəllüdlü Uğur Mehdiyev və 2017-ci il təvəllüdlü Əli Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO