Aydın Əliyev “Samur”x9d gömrük postuna baş çəkdi

Aydın Əliyev “Samur”x9d gömrük postuna baş çəkdi

Hazırda oxunan: Aydın Əliyev “Samur”x9d gömrük postuna baş çəkdi

158402
övlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev son günlər Azərbaycan-Rusiya sərhədində avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı yaranan mövcud vəziyyətlə tanış olmaq üçün Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur”x9d gömrük postunda olub.

Komitənin mətbuat xidmətindən xa0verilən məlumata görə, Aydın Əliyev avtonəqliyyat vasitələrinin sürücüləri ilə görüşüb.

Sədr onları maraqlandıran sualları cavablandıraraq bildirib ki, Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparılır və problemin qısa vaxtda həll edilməsi üçün bütün müvafiq tədbirlər görülür.

Xatırladaq ki, yaranan problemlə əlaqədar Dövlət Gömrük Komitəsinin rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı danışıqlardan sonra iki gün ərzində 300-ə qədər yük avtomobilinin sərhədi keçməsi təmin edilib və sıxlıq nisbətən aradan qaldırılıb. Bundan başqa Rusiya Federasiyası rəsmiləri yaxın 2 gün ərzində sıxlığın tam aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.

Aydın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO