İntihar faktı üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İyunun 16-da Cəlilabad rayonu, Göytəpə şəhər sakini Mənsurə Babayevanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Cəlilabad rayon prokurorluğu yayıb.
İstintaqla Daxıl Şabıyevin Mənsurə Babayevanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Daxıl Şabıyevə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:13 / 04.10.2023
Qadını öldürmə həddinə çatdıran kişiyə CİNAYƏT İŞİ açıldı
Hazırda oxunan: Qadını öldürmə həddinə çatdıran kişiyə CİNAYƏT İŞİ açıldı
Hazırda oxunan: Qadını öldürmə həddinə çatdıran kişiyə CİNAYƏT İŞİ açıldı
158325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.