Mingəçevirdə 39 yaşlı kişi qonşusunu GÜLLƏLƏDİ 

Mingəçevirdə 39 yaşlı kişi qonşusunu GÜLLƏLƏDİ 

Hazırda oxunan: Mingəçevirdə 39 yaşlı kişi qonşusunu GÜLLƏLƏDİ 

158281

Mingəçevirdə 51 yaşlı kişi güllələnib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. 

Qeyd edilib ki, oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəmov Mübariz Məhərrəm oğlunun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 
İlkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 1984-cü il təvəllüdlü Mehnətov Pərvin Qurbanəli oğlu olduğu müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P. Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO