Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, bu ərazidə videoaşkarlayıcı kameralar vasitəsilə günün pik saatlarında nəqliyyat vasitələrinin orta say və orta sürət məlumatları götürülərək xüsusi proqram təminatları vasitəsilə simulyasiya edilib və bunun əsasında təklif hazırlanıb.
Kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlanılıb.
Belə ki, bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Çünki qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib.
Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Belə ki, Musabəyov parkı istiqamətində və “İnşaatcılar” m/st istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 04.10.2023
Sürücülərin nəzərinə: Bu yolda hərəkət istiqaməti DƏYİŞDİRİLDİ - VİDEO
Hazırda oxunan: Sürücülərin nəzərinə: Bu yolda hərəkət istiqaməti DƏYİŞDİRİLDİ - VİDEO
Hazırda oxunan: Sürücülərin nəzərinə: Bu yolda hərəkət istiqaməti DƏYİŞDİRİLDİ - VİDEO
158270
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.