Ukraynadan ölkəmizə gətirilən uşaqlar reabilitasiya xidmətlərinə cəlb olunub - FOTO 

Ukraynadan ölkəmizə gətirilən uşaqlar reabilitasiya xidmətlərinə cəlb olunub - FOTO 

Hazırda oxunan: Ukraynadan ölkəmizə gətirilən uşaqlar reabilitasiya xidmətlərinə cəlb olunub - FOTO 

158066

Ukraynadakı müharibədən zərər çəkən və reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən daha 30 ukraynalı uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar. 

Bizim.Media xəbər verir ki, ilk mərhələdə müayinədən keçirilən hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib. 

Qeyd edilib ki, bu proqram əsasında onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. 
15 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün milli rəqslər, stolüstü oyunlar, futbol, badminton yarışları, Şəki, İsmayıllı, Şamaxı şəhərlərinə ekskursiyaları da təşkil olunacaq. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO