Zaqatala sakininin ötən əsrə aid olan evində təmir işləri aparılan zaman torpaq qatının altından iki ədəd irihəcmli küp aşkar edilib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Zaqatala şəhər sakini Aqşin Qasımov məlumat verib.
Onun sözlərinə görə, yaşadığı İmam Şamil küçəsindəki fərdi mənzilində təmir-tikinti işləri apararkən zirzəmidə torpaq qatını qazaraq binanın bünövrəsini möhkəmləndirmək üçün beton tökməyi planlaşdırıblar. Bu zaman fəhlələr zirzəmidə qədim küplər aşkarlayıb. Hər iki küpün ətrafı qazılsa da onları yerindən tərpətmək mümkün olmayıb.
Aqşin Osmanov məsələ ilə bağlı müvafiq orqanları məlumatlandırıb və bununla əlaqədar arxeoloqların küplərə və əraziyə baxış keçirməsini, ilkin araşdırma aparmasını istəyir.
Elə ona görə də o, tikinti işlərini bir müddət saxlamaq qərarı verib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
07:30 / 30.09.2023
Zaqatalada evin zirzəmisində tarixi küp AŞKARLANDI – FOTO
Hazırda oxunan: Zaqatalada evin zirzəmisində tarixi küp AŞKARLANDI – FOTO
Hazırda oxunan: Zaqatalada evin zirzəmisində tarixi küp AŞKARLANDI – FOTO
157640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.