Qəbələdəki qəzanın təfərrüatları AÇIQLANDI

Qəbələdəki qəzanın təfərrüatları AÇIQLANDI

Hazırda oxunan: Qəbələdəki qəzanın təfərrüatları AÇIQLANDI

157635

Axşam saatlarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzada xəsarət alan sürücünün vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilməsi nəzərdə tutulur.    

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Nic qəsəbəsi ərazisində keçən hissəsində  “Mercedes GL” markalı avtomobillə “VAZ-2106” markalı jiqulu toqquşub.

Hadisə yerinin təhqiqatından sonra bəlli olub ki, yol-nəqliyyat hadisəsi ötmə zamanı qeydə alınıb. Belə ki, “Mercedes Gl ” markalı avtomobil “Jiquli”ni ötərkən qəflətən onun qarşısına çıxıb və qəza baş verib. Nəticədə “Jiquli”nin sürücüsü Əlizamin Nəcəfov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. 
Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili cəlb edilib. Yaralıya ilkin tibbi yardım göndəriləndən sonra sürücü Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəstəxanadan verilən məlumata əsasən, “Jiquli”nin sürücüsünün vəziyyətini nəzərə alaraq o, yaxın saatlarda paytaxt xəstəxanalarından birinə göndəriləcək . 

Baş verən qəzanın təfərrüatları müvafiq orqanlar tərəfindən araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO