Zahid Oruc: “Qənirə xanımın xəstəliyi ilə bağlı məlumatsız olmuşuq” – VİDEO  

Zahid Oruc: “Qənirə xanımın xəstəliyi ilə bağlı məlumatsız olmuşuq” – VİDEO  

Hazırda oxunan: Zahid Oruc: “Qənirə xanımın xəstəliyi ilə bağlı məlumatsız olmuşuq” – VİDEO  

157516

"Qənirə xanımla ən son 10-15 gün əvvəl tədbirlərin birində görüşdük və danışdıq. Ondan sonra isə bu hadisələr meydana gəldi və bunun ağrısını yaşadıq." 

Bu sözləri millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc millət vəkili Qənirə Paşayevanın dəfn mərasimində Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bahar Muradova: "Qənirə xanımın gözümüzün önündə əriməyini qəbul etmək çətindir" – ÖZƏL 


Z.Oruc mərhumun bu yaşda dünyadan köçməsini gözləmədiyini bildirib: 

"Biz düşünürdük ki, Qənirə xanım gənc yaşında xəstəliyə müqavimət göstərəcək. Əmin idik ki, bədəni sağlamdır. Amma həyatın qanunları var və bu qaçılmazdır". 

"Qənirə xanımın xəstəliyi ilə bağlı sizə nəsə danışıbmə?" sualına deputat belə cavab verib: 

"Qənirə xanımın hansısa xəstəliyə bağlı məlumatsız olmuşuq. Belə bir misal var, "İnsan var yaşlandı, cavan dünyadan getdi”. Amma Qənirə xanım bütövlükdə hər zaman millətin və xalqın gözündə sağlam idi. Məncə o xəstəlik adına deyil, həyatdan hər hansısa bir səbəbdən getmiş sayılır". 

Qeyd edək ki, Q.Paşayeva ötən axşam müalicə aldığı Mərkəzi Klinik xəstəxanasında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO