Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, millət vəkilləri və tanınmış şəxslər Qənirə Paşayevanın ölüm xəbərini eşidən kimi Klinikanın önünə gəliblər.
MÖVZU İLƏ BAĞLI:
Qənirə Paşayeva vəfat etdi
Türkiyənin tanınmış jurnalisti Fulya Öztürk də ərazidədir. O, yerli telekanallara müsahibəsində “Çox üzgünəm. Qarabağ bölgəsindəydim. Xəbəri eşidər-eşitməz tez bura gəldim” deyib.
Bizim.Media