Naxçıvan Fövqəladə Hallar Nazirliyində Anım Günü qeyd olundu – FOTO  

Naxçıvan Fövqəladə Hallar Nazirliyində Anım Günü qeyd olundu – FOTO  

Hazırda oxunan: Naxçıvan Fövqəladə Hallar Nazirliyində Anım Günü qeyd olundu – FOTO  

157422

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində şəhidlərimizin xatirəsinə anım mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, 27 sentyabr - Anım Günündə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev, nazir müavini Ramin Məmmədov, nazirliyin idarə heyəti iştirak ediblər.  Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Mərasimdə 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə yaşayış məntəqələrini və hərbi mövqeləri atəşə tutmasına cavab olaraq, hücumların qarşısının alınması məqsədilə əks-hücum əməliyyatlarının başlanması və bunun nəticəsində cəmi 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi mühüm tarixi qələbə kimi qeyd olunub.  

Tarixi zəfərin əldə olunmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin rolu xüsusi vurğulanıb. 

Bildirilib ki, bu il sentyabrın 20-də ordumuzun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suveren hüquqları tam bərpa edilib.  

Vurğulanıb ki, Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları sayəsində yalnız hərbi obyektlərin hədəf alınmaqla, mülki əhaliyə zərər verilmədiyi tədbirlər cəmi bir sutkaya başa çatdırılıb. Nəticədə qanunsuz erməni silahlı qüvvələri tərk-silah edilib və onların Azərbaycan ərazisindən çıxarılmasına başlanılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO