Xəbər verdiyimiz kimi, ermənilər qoyunlarını "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistana aparıb. Həmin vaxt erməni çoban azərbaycanlı jurnalistlərə açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, Azərbaycanın Ağcabədi rayonunda yaşadığını, ferma müdiri vəzifəsində çalışdığını və 11000 qoyunu olduğunu deyib.
Çoban jurnalistin "Siz Qarabağı Azərbaycanın ərazisi hesab edirsinizmi?" sualına "Əlbəttə Azərbaycanın. Mən həmişə bu barədə bilirdim" cavabını verib.
O, sonda “Pasportumu Azərbaycan pasportuna dəyişəcəm" ifadələrini dilə gətirib.
Bizim.Media