Gəncədə şəhidlərimizin xatirəsi belə ANILDI – FOTO  

Gəncədə şəhidlərimizin xatirəsi belə ANILDI – FOTO  

Hazırda oxunan: Gəncədə şəhidlərimizin xatirəsi belə ANILDI – FOTO  

157209

Gəncədə 27 sentyabr Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım tədbiri Gəncə Şəhidlər xiyabanında baş tutub.

Anım mərasimində Müdafiə Nazirinin müavini, Quru Qoşunları komandanı, general-mayor Ənvər Əfəndiyev, rayon rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Anım mərasiminə qatılan şəhər ictimaiyyəti, sakinlər şəhidləri ziyarət edib, qəbirləri üzərinə gül dəstələri qoyublar. 
















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO