Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsi yad edildi - FOTO

Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsi yad edildi - FOTO

Hazırda oxunan: Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsi yad edildi - FOTO

157206

Sentyabrın 27-də saat 12:00-da Ağdam-Xankəndi yolunda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO