"WhatsApp" milyonlarla smartfonda işini dayandıracaq - Bu TARİXDƏN 

Hazırda oxunan: "WhatsApp" milyonlarla smartfonda işini dayandıracaq - Bu TARİXDƏN 

157089

"WhatsApp" rəsmiləri mesencerin 24 oktyabr 2023-cü il tarixindən etibarən milyonlarla smartfonda işini dayandıracağını bildiriblər. 

Bizim.Media "gazeta.ru"ya istinadən xəbər verir ki, proqramı dəstəkləmək üçün "Android 5.0" və ya daha yüksək versiya ilə işləyən smartfon lazımdır. 

Cihazları bu tələblərə cavab verməyən istifadəçilər "WhatsApp"dan istifadəni davam etdirmək üçün ya smartfonunun əməliyyat sistemini yeniləməli, ya da yeni qadcet almalıdırlar. Əks halda, onlar mesaj göndərə və qəbul edə, səsli və video zənglər edə, digər "WhatsApp" xidmətlərindən istifadə edə bilməyəcəklər. 

Beləliklə, "Android"in bir neçə nəsli, o cümlədən 4.1, 4.2, 4.3 və 4.4 proqrama girişi itirəcək. Bu cihazlar arasında "Samsung Galaxy Note 2", "Samsung Galaxy S2", "HTC One" və digərləri var. 

"iPhone" sahibləri üçün şərtlər eyni olaraq qalır - "WhatsApp"dan istifadə etmək üçün onlara hələ də "iOS 12" və ya daha yeni versiya ilə işləyən smartfon lazımdır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO