Qarakənd faciəsinin istintaqı yenidən BAŞLAYIR? - AÇIQLAMA 

Qarakənd faciəsinin istintaqı yenidən BAŞLAYIR? - AÇIQLAMA 

Hazırda oxunan: Qarakənd faciəsinin istintaqı yenidən BAŞLAYIR? - AÇIQLAMA 

157005

1991-ci il noyabrın 20-də Qarakənd səmasında “Mi-8” hərbi vertolyotunun ermənilər tərəfindən vurulmasından 32 il ötür. 

Qeyd edək ki, 27 il bundan əvvəl - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.

Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub. 

Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib. Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalda olması idi. 

İndi isə artıq Qarabağ, o cümlədən Qarakənd tam azad edilib. Azərbaycanın bütün əraziyə nəzarəti təmin edib. 

Belə olan halda Qarakənd faciəsilə bağlı cinayətkarların tam aşkar edilərək cəzalandırılması üçün istintaq davam edə bilərmi? 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bidirir ki, proseslə bağlı məsələyə son qoymaq və cinayətkarları cəzalandırmaq üçün hazırda əlverişli perspektiv yaranıb: 
 

MÖVZU İLƏ BAĞLI:

QARAKƏND faciəsində QORBAÇOV İZLƏRİ... – İndi də sülhməramlılar istintaqa mane olacaq?


“Qarakənd faciəsi ilə bağlı cinayət işi açılıb və istintaq davam edir. Hələlik ona yekun vurularaq, proses məhkəməyə göndərilməyib. İşlə bağlı müəyyən prosedurlar keçirilib.

Amma əl çatan olmadığına görə bir sıra şahidlər və iştirakçılar dindirilə bilinməyib. Onlardan ifadə alınmayıb. 

Ona görə indi bu məsələdə də bir perspektiv yaranır. Qarabağdakı şübhəli şəxsləri müəyyən edib aşkar edə bilsək, təbii ki, növbəti mərhələdə proseslə bağlı da ciddi araşdırmalar aparılacaq. Bu qatillərin cəzalandırılmasını təmin etmək həmin faciədə şəhid olan insanların qarşısında borcumuzdur”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO