Ölkə əhalisinin 76.4 %-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Bizim.Media xəbər verir ki, bu xəbər Sosial Tədqiqat Mərkəzinin məlumatında yer alıb.
Məlumatda deyilir ki, Azərbaycan sentyabrın 19-da Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı yüksək peşəkarlıqla və dəqiqliklə keçirdiyi lokal xarakterli anti-terror tədbirləri nəticəsində öz ərazisində suverenliyini bərpa etdi.
Qanunsuz silahlı birləşmələrin tərksilah olunması və qondarma siyasi rejimin ləğvi istiqamətində addımlar Azərbaycan və Ermənistan arasında sülh razılaşması qarşısında maneələri aradan qaldırmaqla, prosesi sürətləndirdi.
Rəy sorğusunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin əksəriyyəti, 76,4%-i “bəli” cavabını verib.
Respondent 22,8%-i əks mövqedən çıxış edərək, sülh müqaviləsini dəstəkləmədiyini bildirib. 0,8%-i sözügedən istiqamətdə hər hansı fikirlə çıxış etməkdə çətinlik çəkib.
2023-cü ilin may ayı üzrə keçirilmiş sorğunun nəticələrinə nəzər yetirdikdə, Azərbaycan cəmiyyətində sülh gündəliyinin öz aktuallığını qoruduğunu qeyd edə bilərik. Belə ki, may ayında keçirilmiş sorğuda iştirakçıların 77,3%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirmişdi. 20,6% respondent bu barədə əks mövqedə çıxış etmiş, 2,1%-i fikir bildirməkdə çətinlik çəkmişdi.
Sülh gündəliyinə dair cari göstəricilərin 2022-ci ilin sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisəli təhlili Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyənlərin sayında nisbi artımı izləməyə imkan verir.
Ötən ilin sentyabr ayında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini respondentlərin 71,2%-i ( “tam dəstəkləyirəm” - 50.2%, “əsasən dəstəkləyirəm” – 21.0%) bu və ya digər dərəcədə dəstəkləmişdi. Respondentlərin 26,2%-i (“əsasən dəstəkləmirəm” 2,6%, “heç dəstəkləmirəm” 23,6%) əks mövqedən çıxış etmişdi. İştirakçıların 2.6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkmişdi.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 25.09.2023
Ölkə əhalisinin neçə faizi Ermənistanla sülh sazişinin imzalanmasını istəyir? – SORĞU
Hazırda oxunan: Ölkə əhalisinin neçə faizi Ermənistanla sülh sazişinin imzalanmasını istəyir? – SORĞU
Hazırda oxunan: Ölkə əhalisinin neçə faizi Ermənistanla sülh sazişinin imzalanmasını istəyir? – SORĞU
156921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.