Kürdəmirdə evdə PARTLAYIŞ - Xəsarət alanlar var  

Kürdəmirdə evdə PARTLAYIŞ - Xəsarət alanlar var  

Hazırda oxunan: Kürdəmirdə evdə PARTLAYIŞ - Xəsarət alanlar var  

156891

Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb. 

Partlayış zamanı ev sakinləri - ər və arvad ağır yanıq xəsarətləri alıblar. 

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar. 
Fakt araşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO