DTX-nın Qarabağda unikal əməliyyatı - Terrorçular az müddətdə necə ələ keçirildi?!

DTX-nın Qarabağda unikal əməliyyatı - Terrorçular az müddətdə necə ələ keçirildi?!

Hazırda oxunan: DTX-nın Qarabağda unikal əməliyyatı - Terrorçular az müddətdə necə ələ keçirildi?!

156879

Xocavənddə erməni terrorçuların mina terroru nəticəsində iki mülki şəxsin və dörd polisin şəhid olmasından sonra Azərbaycan lokal antiterror tədbirləri ilə Qarabağı terrorçulardan təmizlədi, separatçılar təslim olmağa məcbur edildi.

Ordumuz erməni silahlı dəstələrini zərərsizləşdirərkən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də peşəkar fəaliyyəti ilə terror aktını törədənlərin həbsi istiqamətində əməliyyat keçirib. 

Rəsmi məlumata görə, terror aktını törədənlər artıq saxlanılıb. Əməliyyatın detalları hələlik bəlli deyil, təbii ki, üzərindəki məxfi qrif uzun müddət açılmayacaq. Lakin təsəvvür etmək, müəyyən təxminlər irəli sürmək olar. 

Ordu bir tərəfdən silahlı dəstələrin zərərzidləşdirilməsini həyata keçirir, DTX əməkdaşları isə terror aktını törədənləri müəyyən edərək, onların ələ keçirilməsi istiqamətində addımlar atır.

Ərazinin relyefini, minalanmış sahə olmasını nəzərə alanda bunun olduqca mürəkkəb əməliyyat olduğunu deyə bilərik.  

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, eyni zamanda, terror aktını törədənlərin dərinliyə doğru çəkildiyi də bəllidir.

Antiterror tədbirləri davam edərkən, onların saxlanılması deməyə əsas verir ki, DTX əməkdaşları terrorçuların qaçdığı dərinliyə sıza və onları həbs edə biliblər. 


Bu, Azərbaycan tarixinin bəlkə də ən unikal əməliyyatlarından biridir və yəqin ki, bir gün bu məxfi əməliyyatın üzərindən qriflər götürülərsə, Azərbaycan xalqı detalları öyrənəcək. O zaman DTX-nın Qarabağda polislərimizə və mülki şəxslərə qarşı terror aktı törədənləri ələ keçirməsinin kifayət qədər ciddi məsələ olduğunu, arxasında böyük zəhmət və qətiyyətin dayandığını daha aydın görəcəyik. 

Bu unikal əməliyyata, polislərimizi şəhid edən terrorçuların ələ keçirilməsinə görə başda DTX rəisi, general-polkovnik Əli Nağıyev olmaqla əməyi keçən bütün kəşfiyyatçılarımıza təşəkkür edirik.

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO