Bu axşam Bakı qırmızı rəngə boyanacaq – Gözlər Qız Qalasında! - FOTO

Bu axşam Bakı qırmızı rəngə boyanacaq – Gözlər Qız Qalasında! - FOTO

Hazırda oxunan: Bu axşam Bakı qırmızı rəngə boyanacaq – Gözlər Qız Qalasında! - FOTO

15687

Bu axşam saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri qırmızı  rəngə boyanacaq.

Ümumdünya Səhiyyə Təşkilatının Dünya Vərəm günü ilə bağlı şüarları binaların üzərində nümayiş olunacaq.

Bizim.Media xəbər verir ki, bu tikililərə Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan “Qız Qalası” aiddir.  

 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Bakının məşhur tikililəri qırmızı rənglə işıqlandırılacaq


Belə bir təşəbbüsün həyata keçirilməsində  məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. 

Qeyd edək Stop TB (“Vərəmə son qoyaq”) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyasını keçirir. 

Xatırladaq ki, vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir.

Hər il dünyada 10 milyondan çox insan vərəmlə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Hər gün dünyada 700 uşaq vərəm səbəbiylə həyatını itirir, bu da o deməkdir ki, hər üç dəqiqədə bir uşaq vərəmdən dünyasını dəyişir.

2020-ci ilin əvvəllərində bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası səbəbiylə vərəmlə mübarizə dünyada bir qədər çətinləşib.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO