Donuz əti niyə HARAMDIR? – İNANILMAZ SƏBƏBLƏR

Donuz əti niyə HARAMDIR? – İNANILMAZ SƏBƏBLƏR

Hazırda oxunan: Donuz əti niyə HARAMDIR? – İNANILMAZ SƏBƏBLƏR

156481

“Donuz orqanizmi insana ən yaxın olan canlılardandır. Hətta ürək, qan damar sistemində də oxşarlıq var. Donuz, demək olar ki, nə olsa yeyir. Ona görə də əti piyli olur. Habelə, donuz ətində "teraxin" adlı mikrob olur ki, bu da insan sağlamlığı üçün ciddi təhlükədir. Ona görə də İslamda donuz ətinin yeyilməsi qadağandır”.

Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, bütün dinlərdə bəzi qidaların yeyilməsi haqqında qadağalar var:

“İslam dinində olan qadağalardan biri də donuz ətinə aiddir. Qan, leş və donuz ətinin yeyilməsinin qadağan olunması Quranda qeyd edilib. Qadağanın digər səbəbi isə donuzun xarakterik xüsusiyyətləridir. Bildiyimiz kimi bir çox heyvanlarda öz dişisinə qarşı müəyyən qısqanclıq hiss var. Ancaq donuzda bu yoxdur. Donuz əti çox yeyən insanlarda o xüsusiyyətlər baş qaldıra bilir. 

Ümumiyyətlə, insanın hansı heyvanın əti ilə qidalanmasında o heyvanın xüsusiyyətlərinin ona keçməsi təbii haldır. Yaponlar, çinlilər ən çox həşərat yeyirlər. Bu, onların üz quruluşunda, beyinlərinin surətli işləməsində, yeni kəşflər etməsində özünü göstərir.

Donuz əti çox yeyilən Qərb ölkələrində isə namus, qeyrət, ismət anlayışı demək olar ki, yoxdur. Həm cismən, həm də xüsusiyyət baxımından donuzla paralellik var. 

Kişinin kişi ilə evlənməsi, qadının heyvana ərə getməsi kimi amillər genin donuzla mutasiyaya uğramasının nəticəsidir. Müsəlmanlar üçün bir çox heyvanlar halal olsa da əsasən qoyun ətinə üstünlük verilir. Qoyun əti də yağlı və arterial təziqi yüksəltməyə meylli olduğu, şəkərə zərərli olduğu üçün müsəlmanların inkişafında da ləngimə var. Daha çevik və insani xüsusiyyətlərə sahib olaraq yaşamaq istəyənlər quş ətlərinə üstünlük verməlidirlər”.

Tural İrfanın sözlərinə görə, Quranda deyilir ki, məcbur qaldıqda donuz əti yemək olar:

“Çünki dinimizdə qadağalar qəti deyil. Zamana və şəraitə görə dəyişir. Haram olan şey zaman və məkana görə halal ola bilər. Məsələn, ziyan verəcəksə, su içmək belə haram ola bilər. Çünki Allah cana qəsd etməyi yasaqlayıb. Çıxılmaz durumda qalırsansa, yeməyə donuz ətindən, içməyə də şərabdan başqa bir şey olmazsa, insan bu qidaları qəbul edə bilər. Ancaq vəziyyətdən çıxdıqdan sonra yenə əvvəlki qadağalar riayət etməlidir. Bu ancaq insanın özünə vacibdir”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO