Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar AŞKARLANDI 

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar AŞKARLANDI 

Hazırda oxunan: Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar AŞKARLANDI 

156410

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları sentyabrın 20-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 3 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 4 müəssisədə nöqsanlar müəyyən olunub. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 3 nöqsan aşkarlanıb. 

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında //afsa.gov.az/az/xeberler/4-ticaret-ve-ictimai-iase-muessisesinde-noqsanlar-mueyyen-olunub-20-sentyabr vasitəsilə məlumat almaq mümkündür. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO