“Sumqayıt şəhərində olan məşğulluq xidmətinə müraciət etdim. Dedilər ki, vallah iş yoxdur”.
Bu sözləri Bizim.Media II Qarabağ savaşında döyüşən qazi Kənan Ələkbərzadə söyləyir.
MÖVZU İLƏ BAĞLI:
3 ağır yaralı qazi əməliyyat ediləcək - Pul ayrıldı - FOTO
“Vətən müharibəsi zamanı ayağımdan iki dəfə yaralandım. Cəbrayıl-Füzuli istiqamətlərində döyüşmüşəm. Müharibə bitdi, evə qayıtdım. İndi atamla yaşayıram, atam da işləmir. Özümə iş axtarıram, hara gedirəm iş tapa bilmirəm.
Özüm Sumqayıtda yaşayıram. Fiziki imkanlarım daxilində işləmək istəyirəm ki, öz ayağım üzərində dayana bilim”.
Gülşanə Mustafayeva, Bizim.Media